CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu pendirdən daha yeməyəcəksiz

© The Food Safety Agency of the Republic of AzerbaijanBərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb - Sputnik Azərbaycan
Abunə olmaq
İstehsal müəssisəsinin sanitariya norma və qaydalarına, eləcə də gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub

BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin əməkdaşları Bərdə rayonu Alaçadırlı kəndində vətəndaş Həsənov Mehman Zakir oğluna məxsus pendir istehsalı müəssisəsinə reyd keçiriblər.

Reyd zamanı saçaqlı pendir istehsal edən sexdə əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqların pozulması faktı müəyyən edilib.

© The Food Safety Agency of the Republic of Azerbaijan
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb - Sputnik Azərbaycan
1/3
© The Food Safety Agency of the Republic of Azerbaijan
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb - Sputnik Azərbaycan
2/3
© The Food Safety Agency of the Republic of Azerbaijan
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

İstehsal müəssisəsinin sanitariya norma və qaydalarına, eləcə də gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Xəbər lenti
0