Azərbaycanda iqtisadi göstəricilərin artması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılmasına müvafiq olaraq əmək miqrantlarının sayı artır.
Bu insanların bəzilərinin ölkəyə qanuni yolla daxil olduğu və eyni zamanda qanunvericiliyin tələblərinə uyğun şəkildə əmək fəaliyyəti ilə məşğul olduğu bildirilir. Ancaq bu sahədə bir sıra qanun pozuntuları da mövcuddur.
Noyabrın 28-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun iştirakı ilə keçiriləcək mətbuat konfransında Azərbaycana neçə ölkədən, hansı ölkələrdən və hansı səbəblərdən miqrantların gəldikləri və onların problemlərinin necə həll olunduğu barədə məlumat veriləcək.
Telefonlar: 404-13-84 / 85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək (ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə).