BAKI, 21 noyabr — Sputnik. UEFA AVRO-2020 turnirinin pley-off mərhələsinin püşkatması cümə günü Mərkəzi Avropa vaxtı ilə günorta saatlarında keçiriləcək. UEFA Millətlər Liqasının qrup mərhələsinin 16 qalibi Avropa təsnifat mərhələsini keçmədikləri təqdirdə, pley-off mərhələsinə daxil olacaqlar – hər liqa üzrə iki yarımfinal keçiriləcək.
Pley-off qruplarının tərkibi
A qrupu: İslandiya, Bolqarıstan/İsrail/Macarıstan/Rumıniya*
B qrupu: Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya
C qrupu: Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan/İsrail/Macarıstan/Rumıniya*
D qrupu: Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarusiya
* Püşkatma vasitəsilə Bolqarıstan, İsrail, Macarıstan və ya Rumıniyadan hansının C qrupunda boş yeri tutacağına və hansı üç milli komandanın A qrupuna daxil edilməsinə qərar veriləcək.
Əsas məqamlar
• Pley-off mərhələsinə vəsiqə qazanan komandalar UEFA Millətlər Liqasının 2018-ci ilin noyabrında yekunlaşan təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilir.
• UEFA Millətlər Liqasına əsaslanan 4 fərqli qrup mövcuddur.
• Püşkatma nəticəsində hər bir qrupun finalında potensial ev sahibi komandalar və ümumi reytinqlərə əsasən seçilmiş yarımfinal cütlükləri müəyyənləşdirilir (aşağıya baxın).
• 2020-ci ilin martında keçiriləcək pley-off mərhələsi yarımfinal və final oyunlarından ibarətdir. UEFA AVRO-2020 turnirində son 4 yer 10 təsnifat qrupunun hər birindən 2 ən yaxşı komanda arasından seçilmiş qaliblər vasitəsilə müəyyənləşdiriləcək.
Pley-offlarda kimlər iştirak edəcək?
• UEFA Millətlər Liqasının D liqasından UEFA Millətlər Liqası A liqasında qədər, yəni tərs əlifba sırası ilə, hər liqa üçün 4 pley-off oyunu nəzərdə tutulur.
• UEFA Millətlər Liqası qrup oyunlarının qalibləri Avropa çempionatının seçmə mərhələsinin oyunlarından birbaşa final mərhələsinə vəsiqə qazanmadıqları təqdirdə pley-off mərhələsinə daxil olurlar.
• UEFA Millətlər Liqası qrup oyunlarının qalibləri birbaşa final turnirinə seçilərlərsə, birbaşa seçilməyən müvafiq liqa sıralamasında ən yaxşı komanda pley-off mərhələsinə keçəcək.
• Əgər bir liqadan 4 komandadan az komanda pley-off mərhələsinə daxil olarsa, qrup mərhələsinin qaliblərinin daha yüksək reytinqli komandalarla pley-off mərhələsində oynaya bilməyəcəklərini nəzərə alaraq, qalan yerlər UEFA Millətlər Liqasının ümumi reytinqinə əsasən, hələ təsnifat mərhələsindən keçməmiş ən yaxşı komandalar arasında bölünür.
• UEFA İcraçı Komitəsinin təsdiqi ilə, əlavə qaydalar tətbiq oluna bilər, məsələn, daha yüksək yerdən pley-offa çıxmaq üzrə mübarizə prinsipləri və final turnirinə ev sahibliyini həyata keçirən assosiasiyaların fərqli qruplarda olması.
Dörd qrup üzrə pley-offlar necə təşkil olunur?
• UEFA Millətlər Liqasının ümumi reytinqinə əsasən, hər qrupda komandalar 1-dən 4-ə qədər sırayla düzülmüşlər.
• Hər bir pley-off qrupu üzrə yarımfinallar aşağıdakı formada təşkil ediləcək:
a) 1-ci yeri tutan komanda evdə 4-cü yeri tutan komandaya qarşı oynayacaq.
b) 2-ci yeri tutan komanda evdə 3-cü yeri tutan komandaya qarşı oynayacaq.
• Hər bir pley-off final oyunu üçün əvvəlcədən hansı yarımfinal qalibinin evdə oynamasını müəyyənləşdirmək üçün püşkatma keçiriləcək.
• Hər bir final qalibi UEFA AVRO-2020 üçün seçiləcək.
Əsas tarixlər
Pley-off püşkatması: 22 noyabr
Final turnirinin püşkatmasl: 30 noyabr, 2019-cu il
Pley-off yarımfinalları: 26 mart, 2020-ci il
Pley-off finalları: 31 mart, 2020-ci il
Final turnirinin əlavə püşkatması (ehtiyac olarsa): 1 aprel, 2020-ci il
Final turnir: 12 iyun - 12 iyul, 2020-ci il