BAKI, 21 noyabr — Sputnik. Ötən gecə 00:34-də dəm qazından zəhərlənmə ilə bağlı Təcili Tibbi Yardıma məlumat daxil olub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nəsimi rayonu Cavadxan küçəsi mənzil 30-dan, 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Onlara lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.
Bakıda üç nəfəri ölümün əlindən güclə aldılar
10:19 21.11.2019 (Yenilənib: 22:37 16.11.2021)
© Sputnik / Anton Vergun
/ Abunə olmaq
Bir ailənin üç üzvü Zəhərlənənlərə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar