Polşa komandası AVRO-2020-nin təsnifatında Sloveniyaya qalib gəlib

© Powered by UEFA.com ©AFP/Getty ImagesRobert Lewandowski (Poland)
Robert Lewandowski (Poland) - Sputnik Azərbaycan
Abunə olmaq
Fuitbol üzrə Polşa millisi 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin oyununda Slovemiyanı məğlub edib.

Встреча группы G qrupunun Varşavada keçirilmiş görüşü 3:2 hesabı ilə Polşa yığmasının xeyrinə başa çatıb. Qaliblərdə qolları Moskva "Dinamo"sunun oyunçusu Sebastyan Şimanski (3-cü dəqiqə), Robert Levandovski (54) və Yatsek Qoralski (81) vurublar. Uduzanların heyətində Tim Matayaj (14) və Yosip İliçiç (61) fərqləniblər. Sloveniya yığması Yasmin Kurtiçin meydandan çıxarılmasından sonra oyunu on nəfərlə başa vurub.

Elə bu qrupda Şimali Makedoniya İsrailə qalib gəlib - 1:0, Latviya yığması isə Avstriya millisini məğlub edib - 1:0.
G qrupunda yekun vəziyyət belədir: 1. Polşa - 25 xal, 2. Avstriya - 19, 3. Şimali Makedoniya - 14, 4. Sloveniya - 14, 5. İsrail - 11, 6. Latviya - 3.

Polşa və Avstriya yığmaları AVRO-2020-nin final mərhələsinə çıxıblar.

Xəbər lenti
0