Futbol üzrə İngiltərə yığması Monteneqroya qalib gələrək 2020-ci ildə keçiriləcək Avropa çempionatının final hissəsinə çıxışı özü üçün təmin edib.
Londonun “Uembli” stadionunda keçirilmiş A qrupunun oyunu 7:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Qakiblərin heyətində Harri Keyn het-trik (19, 24 və 37-ci dəqiqələrdə) edib. Aleks Oksleyd-Çemberlen (11), Markus Reşford (30) və Temmi Abraham (84) hərəyə bir qol vurublar. Daha bir topu Aleksandar Şofranas (66) öz qapısına vurub.
Monteneqro ilə qarşılaşma İngiltərə üçün beynəlxalq arenada 1000-ci oyun olub.
Bu qrupda keçiirlmiş digər görüşdə Çexiya yığması Kosovo yğıması üzərində əzmli qələbə qazanıb - 2:1. Çexlərdə Moskva “Spartak”ının yarımmüdafiəçisi Aleks Kral (71) və Ondjey Çelyustka (79) fərqləniblər. Kosovolularda isə Atdhi Nuhiu (50) vurub.
Oynanılmış yeddi oyundan sonra ingilislər 18 xal toplayıb. Çexlərin 15, Kosovonun isə 11 xalları var. Beləliklə, seçmə mərhələnin sonuna bir tur qalmış İngiltərə və Çexiya yığmaları AVRO-2020-nin final hissəsinə vəsiqə qazanıblar.