CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan vəziyyət kökündən dəyişəcək

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidОтопление
Отопление - Sputnik Azərbaycan
Abunə olmaq
İstilik mövsümünün başlanması ilə əlaqədar olaraq “Azərenerji”Açıq Səhmdar Cəmiyyəti isə “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirib.

BAKI, 14 noyabr — Sputnik. Ümumrespublika ərazisində "Azəristiliktəchizat" istilik sistemlərinin işə düşəcəyi vaxt açıqlanıb. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən sabahdan istilik sistemi bərpa ediləcək. Bununla bağlı olaraq artıq bu gündən etibarən hazırlıq işlərinə başlanılıb. Məlumata görə, sabah günorta saatlarından istilik sistemlərinin fəaliyyəti bərpa olunacaq.

© Azerishiq Open Joint Stock Company“Bakı” İstilik Elektrik Mərkəzi
Sabahdan vəziyyət kökündən dəyişəcək - Sputnik Azərbaycan
“Bakı” İstilik Elektrik Mərkəzi

Qeyd edək ki, artıq noyabrın 1-dən etibarən respublikanın dağ rayonlarında istilik sistemləri işə düşüb.

İstilik mövsümünün başlanması ilə əlaqədar olaraq “Azərenerji”Açıq Səhmdar Cəmiyyəti isə “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirib. Bu barədə “Azərenerji”ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

“Azərenerji” ASC “Bakı” İstilik Elektrik Mərkəzində təmir-bərpa işləri apararaq 2 saylı aqreqatın gücünü 40 meqavatdan 50 meqavata qaldırıb. Qeyd edək ki, 1902-ci ildə “Ağ şəhər” adı altında istismara verilən və Azərbaycanın ilk elektrik stansiyalarından biri olan, hazırda isə “Bakı” İstilik Elektrik Mərkəzi olaraq fəaliyyət göstərən müəssisə elektrik enerjisinin istehsalı ilə yanaşı istilik təchizatı üçün də fəaliyyət göstərir.

"Reabilitasiya Proqramı” çərçivəsində istilik mərkəzinin 2 saylı aqreqatının ehtiyat hissələri dəyişdirilib, istilik təchizatı üçün bəzi borular yenilənib, təmir edilib və test edildikdən sonra istismara verilib.

Elektrik enerjisi istehsal edib ümumi sistemə ötürməklə yanaşı Əhmədli, 8-ci kilometr qəsəbələri də daxil olmaqla Xətai və Nizami rayonlarındakı əksər yaşayış binalarını istiliklə təchiz edən “Bakı” İstilik Elektrik Mərkəzində noyabr ayının 15-dən etibarən payız-qış mövsümü qrafikinə uyğun olaraq istilik təchizatı təmin ediləcək.

Xəbər lenti
0