BAKI, 8 noyabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib. Bu barədə Sputnik Azərbaycan-a Kompleksdən məlumat verilib.
Xəbərdə bildirilir ki, saxlama kameraları həftənin yeddi günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər 0-3 saat üçün 1 AZN, 3-6 saat - 2, 6-9 saat - 3, 9-12 saat - 4, 24 saat üçün isə - 5 AZN təşkil edir:
"Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir. Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır. Saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır! Həmçinin yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1( bir) gün kimi hesablanır. Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin (jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur".