CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda qazılıb düzəldilməyən yolların taleyi necə olacaq?

© Photo : AAY DA mətbuat xidmətiNəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində aparılan qazıntı işləri, 19 iyul 2018-ci il
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində aparılan qazıntı işləri, 19 iyul 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzən elə olur ki, 2-3 kv. metr yeri qazırıq. “Azəravtoyol”un da imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib düzəltsin"

BAKI, 7 noyabr — Sputnik. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Bakıda su xətlərinin təmiri zamanı yol qazıntılarının aparılması və bununla bağlı cəmiyyətdə müəyyən narahatlıqların olması məsələsinə münasibət bildirib.

Sputnik Azərbaycan bildirir ki, Q.Hüseynovun sözlərinə görə, qəza olursa, mütləq yol qazılmalı və təmir işləri aparılmalıdır:

“Cəmiyyətdə belə təəssürat yaranır ki, “Azərsu” yolu qazdı, təmir etmədi, getdi. Ancaq elə deyil. Bizim asfalt təsərrüfatımız yoxdur. Ona görə də “Azəravtoyol” ilə müqaviləmiz var. Biz qəzanı aradan qaldırdıqdan sonra “Azəravtoyol” həmin ərazidə asfaltı təmir edir.

Bəzən elə olur ki, 2-3 kv. metr yeri qazırıq. “Azəravtoyol”un da imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib düzəltsin. Ola bilsin ki, bu proses 1-2 gün çəkir. Ona görə də cəmiyyətdə belə fikir formalaşır ki, “Azərsu” qazdı, düzəltmədi. Biz “Azəravtoyol” ilə ciddi koordinasiya ilə işləyirik. Bildiyim qədəri ilə “Azəravtoyol” yeni texnikalar alıb ki, bu da təmir işlərini xeyli asanlaşdıracaq”.

Xəbər lenti
0