CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər dəqiqəyə beş yüz zərbə - Ölümün caynağından qurtulmağın yolu var

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВесенняя гроза в Москве
Весенняя гроза в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda da ildırım çaxması tez-tez müşahidə olunur və ölkəmizdə də bu təbiət hadisəsi nəticəsində az da olsa ölənlər olur

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. İldırım təhlükəli atmosfer hadisəsidir və bulud daxilində və ya buludla yer arasında göy gurultusu ilə müşahidə olunan elektrik boşalmasıdır. İldırıma fəsillərin keçid dövründə yazdan yaya, yaydan payıza olan zaman daha çox təsadüf olunur. Planetimizdə hər dəqiqədə 500-dən çox ildırım çaxır və fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə bu atmosfer hadisəsindən daha çox insan ölür. Hər il ildırım vurmadan Avropa ölkələrində 100-dək insan həlak olur.

Лампа накаливания, фото из архива - Sputnik Azərbaycan
Güclü qasırğa minlərlə insana zərər vurdu

Azərbaycanda da ildırım çaxması tez-tez müşahidə olunur və ölkəmizdə də bu təbiət hadisəsi nəticəsində az da olsa ölənlər olur. Son illər təbiət hadisələrinin dəyişməsi nəticəsində Azərbaycanda baş verən ildırımların sayı və intensivliyi də artıb. Digər tərəfdən, əhalinin Bakıya axın edərək sıx məskunlaşması, ölkədə çoxmərtəbəli binaların, yeni tikililərin sayının artması təhlükəsizlik tədbirləri görmək zərurətini artırır.

Amma təəssüflər olsun ki, əhalinin böyük hissəsi, eləcə də bir çox müəssisə rəhbərləri, tikinti ilə məşğul olan şəxslər ildırımdan necə qorunmaq, hansı qurğular quraşdırılmalı olduğunu bilmirlər. Əhalinin böyük hissəsi isə ildırımı vizual olaraq görsələr də, onun nə olduğu və hansı təhlükə daşıdığından xəbərsizdir. Bu və digər suallara cavab tapmaq üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayevə müraciət etdik.

"İldırım təbiət hadisəsi olsa da, bəzən yanğın və partlayışlara, çox böyük fəlakətlərə səbəb olur. Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat mövcuddur. Bu təlimat binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi, tikintisi, istismarı, həmçinin yenidən qurulması zamanı istifadə üçün nəzərdə tutulub", – deyə Sputnik Azərbaycan-a açıqlamasında E.Babayev bildirib.

Təyyarəni ildırım vurması kameraya düşdü – VİDEO>>

Onun sözlərinə görə, binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat idarə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün növlərdə olan binalara, qurğulara və sənaye kommunikasiyalarına şamil edilir.

"Hər hansı bir sahə üzrə normativ sənədlərin tələbləri metodik göstərişin tələblərindən daha sərt olduğu halda, ildırımdan mühafizənin layihələndirilməsi zamanı sahə normativinin tələblərini yerinə yetirmək tələb olunur. Mühafizə olunacaq obyektin texnoloji xüsusiyyətləri ilə ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimatın tələblərini uyğunlaşdırmaq mümkün olmadıqda da eynilə hərəkət etmək lazımdır. Bu zaman istifadə olunan ildırımdan mühafizə vasitələri və üsulları tələb olunan etibarlılığı təmin etməlidir. 

Вспышка молнии, фото из архива - Sputnik Azərbaycan
İldırım 6 yaşlı qızı öldürdü
Binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi zamanı təlimatın tələblərindən başqa, əlavə olaraq ildırımdan mühafizənin yerinə yetirilməsinə qüvvədə olan digər normalar, qaydalar, təlimatlar və dövlət standartları nəzərə alınmalıdır", – deyə E.Babayev qeyd edib.

E.Babayev vurğulayıb ki, ildırımdan mühafizənin normalaşdırılması zamanı ilkin müddəa olaraq qəbul olunub ki, onun istənilən qurğusu ildırımın inkişafının qarşısını ala bilməz. İldırımdan mühafizənin seçilməsi zamanı normativlərdən istifadə ildırım zərbəsindən dəyə biləcək ziyanların riskini kifayət qədər azaldır. İldırımdan mühafizə qurğusunun tipi və yerləşdirilməsi yeni obyektin layihələndirilmə mərhələsində seçilir ki, onun elektrik keçirici elementlərindən maksimum istifadə etmək mümkün olsun. Bu ildırımdan mühafizə qurğusunun işlənməsini və yerinə yetirilməsini asanlaşdırar, binanın estetik görüntüsünü yaxşılaşdırar, ildırımdan mühafizənin effektliyini yüksəldər, onun qiymətini və əmək sərfini azaldar.

"Yerə olan ildırım zərbəsi – ildırım buludu ilə yer arasında atmosfer mənşəli bir, yaxud bir neçə cərəyan impulsundan ibarət olan elektrik boşalmasıdır. Zərbə nöqtəsi – ildırımın yer, bina yaxud ildırımdan mühafizə qurğusu ilə birləşmə və ya toxunma nöqtəsidir", - həmsöhbətimiz əlavə edib.

Qeyd edək ki, mühafizə olunan obyekt normativin tələblərinə cavab verən ildırımdan mühafizəsi yerinə yetirilmiş bina, yaxud qurğu, onların hissələri və ya əhatə sahələridir. İldırımdan mühafizə qurğusu - bina, yaxud qurğunu ildırımvurmadan mühafizə etməyə imkan verən sistemdir. O, mühafizənin daxili və xarici qurğularını özündə birləşdirir. Birbaşa ildırım zərbəsindən mühafizə qurğusu - ildırımqəbuledicilərdən, cərəyanötürücülərdən və yerbirləşdiricilərdən ibarət olan kompleksdir.

"İldırımın ikinci təsirindən mühafizə ildırımın elektrik və maqnit sahələrinin təsirini məhdudlaşdıran qurğu vasitəsilə həyata keçirilir. İldırımqəbuledici – ildırımı tutmaq, cəlb etmək üçün olan hissə, ildırımötürücüsünün bir hissəsidir. Cərəyanötürücü - ildırım cərəyanını ildırım qəbuledicidən yerləbirləşdiriciyə ötürmək üçün olan hissə, ildırımötürücüsünün bir hissəsidir. Yerləbirləşdirici qurğu - yerləbirləşdiricilərlə yerləbirləşdirici keçiricilərin birliyidir, cəmidir. 

Buxaretsdə baş verən qasırğa - Sputnik Azərbaycan
Qasırğa bu Avropa ölkəsində böyük həyəcana səbəb oldu
Təhlükəsiz məsafə - mühafizə olunan obyektin daxilində, yaxud xaricində olan iki keçirici arasında təhlükəli qığılcımlanma yaranması mümkün olmayan minimal məsafəyə deyilir. İfrat gərginlikdən mühafizə qurğusu - mühafizə olunan obyektin elementləri arasında ifrat gərginliyin məhdudlaşdırılması üçün olan qurğudur. Tək dayanan ildırımötürücü - ildırımqəbuledici və cərəyanötürücü hissələri vasitəsilə axan ildırım cərəyanın axma yolu ilə heç bir əlaqəsi olmayan mühafizə olunan obyektin ildırımötürücüsüdür" – şöbə rəisi bildirir.

E.Babayevin sözlərinə görə, mühafizə olunan obyekt üzərində quraşdırılmış ildırımötürücü - ildırımqəbuledici və cərəyanötürücü hissələrdən axan cərəyanın bir hissəsinin mühafizə olunan obyektlə, yaxud onun yerləbirləşdiricisi ilə axması mümkün olan ildırımötürücüdür: "İldırımötürücünün mühafizə zonası - elə bir sahədir ki, obyekt bütövlükdə bu sahədə yerləşdikdə oraya ildırım zərbələrinin ehtimalı verilmiş, yəni nəzərdə tutulmuş qiymətindən çox olmasın. Mühafizə zonasını ötüb keçən ildırım zərbələrinin yol verilən ehtimalı - ildırımötürücü ilə mühafizə olunan obyektə ola biləcək ildırım zərbələrinin yol verilən ehtimalının son həddidir. Obyektlərin təsnifatı obyektin özünün və onun ətrafının ildırım zərbəsinə məruz qalma təhlükəsi üzrə təyin edilir. İldırımın bilavasitə təhlükəli təsiri - bu yanğınlar, mexaniki zədələnmələr, insanların və heyvanların travmaları, həmçinin elektrik və elektron avadanlıqlarının zədələnməsidir. İldırım zərbəsinin nəticəsi olaraq partlayışların olması və təhlükəli maddələrin - radioaktiv və zəhərli kimyəvi maddələrin, həmçinin bakteriyaların və virusların ayrılması ola bilər. İldırım zərbəsi xüsusilə informasiya sistemləri, idarəetmə, nəzarət və elektrik təchizatı sistemləri üçün təhlükəli ola bilər. Müxtəlif təyinatlı obyektlərdə quraşdırılan elektron qurğuları üçün xüsusi mühafizə tələb olunur".

Tikinti materialları bazarında yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Qaxda böyük yanğın oldu – Böyük bir ərazidə işıqlar söndü

Elnur Babayev əlavə edib ki, ildırım cərəyanının parametrləri onun mexaniki və termiki təsirlərini hesablamaq, həmçinin elektromaqnit təsirindən mühafizə vasitələrini normallaşdırmaq üçün lazımdır: "İldırımdan mühafizənin hər bir səviyyəsi üçün ildırım cərəyanı parametirlərinin verilən hədd qiymətləri təyin edilir. Bu təlimatda verilən məlumatlar ildırımlı buluddan yerə və yerdən ildırımlı buluda doğru inkişaf edən ildırım boşalmalarına aiddir. İldırım boşalmalarının qütblüyü coğrafi məkandan asılıdır. Yerli məlumatlar olmadığı halda boşalmaların 10%-nin müsbət cərəyanlı, 90%-nin isə mənfi cərəyanlı boşalma olmasını qəbul etmək olar. İldırımın mexaniki və termiki təsiri cərəyanın pik qiyməti, tam elektriki yükü, impulsun elektrik yükü və xüsusi enerjisi ilə əlaqədardır. Bu parametrlərin ən böyük qiymətləri müsbət qütblü ildırım boşalmalarında müşahidə olunur. İndiksiyalanmış ifrat gərginlik təsirindən baş verən zədələnmələr ildırım cərəyanı impulsu cəbhəsinin dikliyi ilə əlaqədardır. Bu parametrin ən böyük qiyməti mənfi qütblü ildırım boşalmalarının sonrakı, yəni birncidən sonra gələn ildırım boşalmaları impulslarında müşahidə olunur".

Tramp evini qasırğa dağıdan adamla məzələndi: “Qazanmısınız”>>

O vurğulayıb ki, mexaniki və texniki təsirlərdən başqa ildırım cərəyanı güclü impuls elektromaqnit şüalanması yaradır ki, o, rabitə, idarəetmə, avtomatika, hesablama və informasiya qurğuları və s. avadanlıqlar sisteminin zədələnməsinə səbəb ola bilər. Bu mürəkkəb sistemlər bir çox istehsal və biznes sahələrində istifadə olunur. Bunların ildırım zərbəsi nəticəsində zədələnməsi həm təhlükəsizlik baxımından, həm də iqtisadi baxımdan olduqca arzu olunmazdır.

"İldırım zərbəsi vahid bir cərəyan impulsundan, yaxud bir-birindən müəyyən zaman vahidi qədər aralı olan və ardıcıl gələn bir neçə cərəyan impulsundan ibarət ola bilər ki, bu impulslararası müddətdə ildırım kanalından zəif müşayətedici cərəyan axır. Xarici ildırımdan mühafizə sistemi mühafizə olunacaq qurğudan həm izolyasiya oluna bilər (tək dayanan ildırımötürücü-çubuqvari yaxud trosşəkilli, həmçinin təbii ildırımötürücü funksiyasını yerinə yetirən qonşu qurğu), həm də mühafizə olunan qurğunun üzərində quraşdırıla bilər və eləcə də onun bir hissəsi ola bilər. Daxili ildırımdan mühafizə qurğusu ildırım cərəyanının elektromaqnit təsirini məhdudlaşdırmaq və mühafizə olunan qurğunun daxilində qığılcımlanmanı (qığılcım boşalmasını) aradan qaldırmaq üçündür. İldırımqəbulediciyə ildırım zərbəsi zamanı ildırımın cərəyanı cərəyanötürücü sistem (keçirici endiricilərlə) vasitəsilə yerləbirləşdiriciyə ötürülür və yerə axır", - E.Babayev deyib.

Təhlükəsizliyimizi düşünərək və müvafiq təlimatlara əməl edərək, bina və qurğularda ildırımötürücülərin quraşdırılması, onlara vaxtaşırı mütəxəssislər tərəfindən profilaktiki baxışların keçirilməsi tövsiyə olunur.

Xəbər lenti
0