CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya ilə sərhəddə yük maşınlarının sıxlığına aydınlıq gətirildi

© Sputnik / Sergey Ermohin / Mediabanka keçidМногокилометровая очередь из грузовых автомобилей, фото из архива
Многокилометровая очередь из грузовых автомобилей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlərin, yüngül minik vasitələrinin sərhədkeçmə prosesində və idxal gömrük nəzarəti xəttinin fəaliyyətində hər hansı problem yoxdur

BAKI, 6 noyabr — Sputnik. Son bir neçə gündə Azərbaycan-Rusiya sərhədində yük maşınlarının keçməsi ilə bağlı problem yarandığı barədə xəbərlər gəlir. İddiaya görə hazırda 400-ə yaxın yük maşını sərhəddə saxlanılıb.

Мужчина прячет деньги  в ящик комода, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət rəsmisi: "Korrupsiya sərhəd tanımır"

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a məlumat verən Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov qeyd edib ki, həqiqətən də Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

"Problemin yaranmasına səbəb Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsində inşaat işlərinin aparılması, mövsümlə əlaqədar yükdaşımaların həcminin artması, hava şəraiti ilə əlaqədar Gürcüstanla Rusiya arasındakı gömrük-keçid məntəqəsindən yük nəqliyyat vasitələrinin buraxılmaması və bu marşrutdan istifadə edən nəqliyyat vasitələrinin alternativ yol kimi Azərbaycan ərazisindən istifadə etməsidir" – deyə o qeyd edib.

Dövlət Sərhəd Xidmətinin rəisi Ermənistanla sərhədə yollanıb>>

Onun sözlərinə görə, hazırda "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və hazırda gün ərzində qarşı tərəfin buraxılış potensialına uyğun olaraq 250-yə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparır.

Xatırladaq ki, sərnişinlərin, yüngül minik vasitələrinin sərhədkeçmə prosesində və idxal gömrük nəzarəti xəttinin fəaliyyətində hər hansı problem yoxdur.

Xəbər lenti
0