Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 1 noyabr — Sputnik. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən "Salnamə" studiyasında yeni film üzərində işlər tamamlanıb.
- Murad bəy, film ideyası haradan yarandı?
- İlk olaraq onu qeyd edim ki, "Salnamə" film kinostudiyası Azərbaycan milli qəhrəmanlarına həsr olunmuş filmlər çəkir. İdeya isə senarilərin siyahısı mənə veriləndən sonra yarandı. Düşündüm ki, Murad Mirzəyevin həyatı, onun şücaəti, keçdiyi yol çox maraqlıdır. Ona görə də senari müəllifi Ramil Ələkbərovla qərara gəldik ki, bu film üzərində işləyək.
Film posterlərinə "geniş qapanmış gözlərlə" baxmaq: uşaqları "siyahı"dan silin>>
- Filmin ərsəyə gəlməsi üçün nə qədər vaxt sərf olunub?
- Filmin senarisi yazıldı, qəhrəmana aid materiallar toplandı, onun haqda danışacaq şəxslər müəyyən olundu və çəkilişə başladıq. Çəkilişlər Bakıda və Murad Mirzəyevin doğulduğu Sabirabad rayonunun Muğan Gəncəli kəndində aparılıb. Ümumilikdə, lentə aldığımız "Komandir" sənədli filmi 2 aya başa gəldi.
Qeyd edək ki, filmin senari müəllifi Ramil Ələkbərov, rejissoru və montajçısı Murad Muradov, operatoru Rüfət Süleymanov, texniki Sabit Qədirov, səs rejissoru Mehman Nadirov, redaktoru Nadir Bədəlov, mətni səsləndirən Səməd Hətəmov, sürücü Əbdülrza Fərzəliyev, icraçı prodüseri Azad Axundov, prodüser Nazim Hüseynovdur.