SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana nə qazandıracaq – politoloq şərhi

© Sputnik / Kemale AliyevaPolitoloq İlyas Hüseynov
Politoloq İlyas Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlyas Hüseynov deyir ki, Azərbaycan sülhün, təhlükəsizliyin təminatçısı kimi sədrlik edəcək
İlyas Hüseynov: “Azərbaycan sədrliyi dönəmində siyasi dividentlər qazandıra bilər”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 64-cü iclası keçirilib.

İclasda çıxış edən politoloq İlyas Hüseynov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi haqqında danışıb.

Politoloq bildirib ki, Hərəkata Azərbaycanın sədrliyi və burada keçirilən sammitdə qəbul edilmiş yekun sənəd çox önəmlidir:

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bizə mühüm siyasi dividendlər qazandıra bilər. Bu BMT-dən sonra ən çox tərkibə malik ikinci böyük təşkilatdır. Azərbaycan bu sədrlik dönəmində dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın genişləndirilməsində mühim rol oynaya bilər və Bakı bunun mərkəzi olacaq. Azərbaycan sülhün, təhlükəsizliyin təminatçısı kimi sədrlik edəcək”.

Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Azərbaycanda Qoşulmama Hərəkatının sammiti keçirilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0