BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 10-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Valeri Muxaryamovun pyesi əsasında hazırlanmış "Sürprizlər günü" komediyasının premyerası olacaq. Bu barədə Sputnik Azərbaycan-a teatrın mətbuat xidmətindən məlumat verilib.
Tamaşanın rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Bu tamaşa Azərbaycanın Xalq artisti Səfa Mirzəhəsənovun yubileyinə həsr olunub.
Premyeranın dekorasiya rəssamı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorovdur. Kostyumlar üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafiyanın müəllifi Raul Türkqan, rejissor assistenti isə Xalq artisti Yevgeniya Nevmerjitskayadır.
Tamaşada xalq artistləri Səfa Mirzəhəsənov və Yevgeniya Nevmerjitskaya, Əməkdar artist Fuad Osmanov, həmçinin teatrın artistləri Marina Litvinenko və İnna İmranova rol alıblar.
Səfa Mirzəhəsənov - "Apofigey" tamaşaçı simpatiyası mükafatının yeddiqat sahibi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorudur. 27 iyun 2019-cu ildə Xalq artistinin 60 yaşı tamam olub.