BAKI, 27 oktyabr — Sputnik. "Rolling Stone" nəşri bütün dövrlərin 30 ən qorxulu serialının reytinqini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, seçim vampirlər, zombilər, ölülər və çoxsaylı qətlləri özündə əks etdirən seriallar arasında aparılıb.
Siyahıya ilk dəfə 1990-cı ildə ekranlara çıxmış Devid Linçin "Tvin Piks" serialı başçılıq edir. İlk üçlükdə 1959-cu il istehsalı olan "Alatoran zona" və 2013-cü ildə lentə alınmış "Hannibal" yer alır. Reytinqdə həmçinin "Gəzən ölülər", "Fövqəltəbii", "Çox qəribə əhvalat" və sair filmlərin də adları keçir.
Siyahını 6 il efirdə olmuş (1990-1996) "Qaranlıqdan qorxursan?" teleserialı qapadıb.