CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuzda dağları partlatdılar

© Sputnik / Ilham MustafayevВзрыв на территории Агстафы
Взрыв на территории Агстафы - Sputnik Azərbaycan
Abunə olmaq
37 km-lik yolun 13.9 km-i asfalt-beton, qalan 23.1 km-lik hissəsi isə çətin relyefə malik dağlıq ərazidən keçdiyi üçün çınqıl örtüklü olmaqla inşa edilir

BAKI, 25 oktyabr — Sputnik. Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. Sputnik Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, rayonun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

© Azerbaijan Highway State AgencyTovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır
Tovuzda dağları partlatdılar - Sputnik Azərbaycan
Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır

Bir neçə istiqamət üzrə yenidən qurulan 52 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib.

Sözügedən yolun qalan 37 km-lik hissəsinin isə IV və V texniki dərəcəyə uyğun yenidən qurulması aparılaraq yekunlaşdırılır. 37 km-lik yolun 13.9 km-i asfalt-beton, qalan 23.1 km-lik hissəsi isə çətin relyefə malik dağlıq ərazidən keçdiyi üçün çınqıl örtüklü olmaqla inşa edilir.

© Azerbaijan Highway State AgencyTovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır
Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır - Sputnik Azərbaycan
1/3
Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır
© Azerbaijan Highway State AgencyTovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır
Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır - Sputnik Azərbaycan
2/3

3/3

Bununla da 50 min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidən qurulması həm yol boyu yaşayan vətəndaşların neçə illərdir ki, üzləşdikləri problemi aradan qaldırmış olacaq, onların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq, bu isə yük və sərnişin daşımasının rahatlaşmasına gətirib çıxarmış olacaq.

Xəbər lenti
0