Fransa və Türkiyə milliləri AVRO-2020-nin seçmə oyununda heç-heçə ediblər

© Powered by UEFA.com ©AFP/Getty ImagesИгровой момент матча Франция - Турция
Игровой момент матча Франция - Турция - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa və Türkiyə heç-heçə ediblər, İslandiya Andorranı məğlub edib, Albaniya yığması isə Moldova komandasını darmadağın edib.

Fransa və Türkiyə yığmaları 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə matçında heç-heçə ediblər.

“H” qrupunun Parisin “Stade de France” stadionunda baş tutmuş görüşü 1:1 hesabı ilə başa çatıb. Ev sahiblərinin heyətində Olivye Jiru (76-cı dəqiqədə), qonaqların heyətində isə Kaan Ayhan (82) fərqləniblər.

Qrupun digər bir matçında İslandiya millisi evdə Andorranı 2:0 hesabı ilə məğlub edib.

“H” qrupunun daha bir görüşündə Albaniya yığması səfərdə Moldova millisini 4:0 hesabı ilə darmadağın edib.

8 turdan sonra qrupda vəziyyət: Türkiyə - 19 xal, Fransa - 19, İslandiya - 15, Albaniya - 12, Andorra - 3, Moldova - 3.

Xəbər lenti
0