Makron ünvanı səhv saldı: Ankara əvəzinə Vaşinqtondan xahiş etdi

© AFP 2024 / LUDOVIC MARINFransa prezidenti Emmanuel Makron, arxiv şəkli
Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-u Suriyanın şimalında "Sülh bulağı" hərbi əməliyyatlarına başlayıb.

BAKI, 13 oktyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı onu Türkiyənin Suriyada keçirdiyi əməliyyatı tez bir zamanda sonlandırmağa çağırıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı məlumatda bildirilir.

"O, (Makron – red.) regionda yeni "İslam dövləti" yaradılmasının qarşısının alınmasının, terrorçulara qarşı bizimlə birgə mübarizə aparanların dəstəklənməsinin və vətəndaş cəmiyyətlərinin qorunmasının vacibliyinin vurğulayıb. Respublika (Fransa - red.) prezidenti Türkiyənin keçirdiyi əməliyyatı tez bir amanda sonlandırmağa çağırıb. Fransa və Birləşmiş Ştatlar yaxın günlərdə bu məsələ ilə bağlı daha sıx əlaqədə olacaqlar", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-u Suriyanın şimalında "Sülh bulağı" hərbi əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar başladığı vaxtdan etibarən indiyə kimi 415 terrorçu öldürülüb.

Xəbər lenti
0