Çexlər İngiltərə üzərində əzmkar qələbə qazanıblar
Ukrayna və Portuqaliya liderliklərini artırıblar
Türkiyə və Fransa vacib qələbələrə nail olublar
İngiltərə cümə günü AVRO-2020-yə çıxmağa yaxın idi, amma bu baş verməyib. Qonaqlar Praqada Harri Keynin penaltidən vurduğu qolu sayəsində önə keçiblər. Lakin çexlər əzilməyiblər və İngiltərə komandasının seçmə mərhələdəki 43 matçlıq məğlubiyyətsiz oyunlar seriyasını pozublar. Yakub Brabets tez bir zamanda tarazlığı bərpa edib. Sona beş dəqiqə qalmış əvəzlənmədən oyuna daxil olmuş Zdenek Ondraşek millidə debütünü Lukaş Masopustanın ötürməsini qələbə qoluna çevirərək qeyd edib.
Podqoritsada sıfır-sıfır hesabı Monteneqro və Bolqarıstan milli komandalarının qrupdan çıxma şanslarını qorumaq ümidlərinin üzərindən xətt çəkib. Birinci yarıda meydan sahibləri bir sıra təhlükəli vəziyyətlər yaradıblar. Fasilədən sonra da monteneqrolular bolqarların qapıçısı Plamen İlievi də narahat ediblər. Lakin boş yerə. Bolqarıstan komandasının da şansları olub. Sonda Georgi Kostadinovun Nemanya Sekuliç tərəfindən qarşısı kəsilmiş zərbəsini yadda qalan olub.
Pley-off oyunlarının simulyatoru
“B” qrupu
Hazırkı Avropa çempionları əla futbol nümayiş etdiriblər və üçüncü yerdə olan Serbiyanı dörd xalla qabaqlaya biliblər. Görüşün əvvəlində hesabı Bernardu Silva açıb. Fasilədən sonra milli komanda üçün 94-cü qolu Kriştianu Ronaldu vurub. Matçda nöqtəni Qonsalu Gedeş qoyub. Lüksemburq qrupdan çıxmaq şanslarını itirib.
Ukrayna komandası litvalıları inamla məğlub edib və “B” qrupunun başında qalıb. Qolları hər iki hissədə fərqlənmiş Ruslan Malinovski vurub. O, birinci qolu yerlə vurub, sonra isə cərimə zərbəsindən fərqlənib. Hesab daha da böyük ola bilərdi, amma Taras Stepanenkonun və Andrey Yarmolenkonun zərbələri qapı çərçivəsinə tuş gəlib.
“H” qrupu
Fransa ardıcıl dördüncü qələbəsinə imza ataraq üçüncü yerdə olan İslandiyadan altı xal uzaqlaşıb. Yeganə qolu 37-ci dəqiqədə Ari Skulasonun Antuan Qrizmana qarşı foluna görə təyin olunmuş penaltidən Olivye Jiru vurub. Blez Matuydinin zərbəsi isə qapı dirəyinə tuş gəlib.
Türkiyə millisi gərgin matçda albanlardan üstün olub və Fransa ilə bərabər xallarla qrupun lideri olaraq qalıb. Son saniyələrdə vurulan yeganə qolun müəllifi Cenk Tosun olub. Qonaqlardan isə Rey Manay qol vura bilərdi, lakin o, yaxın məsafədən fərqlənə bilməyib. Hazırda Albaniyanı Türkiyə və Fransadan doqquz xal ayırır.
Andorra millisi tarixi uğura imza atıb. Komanda AVRO-nun seçmə turnirlərində iştirak etdiyi bütün dövr ərzində ilk xallarını qazanıb. Qələbə qolunu Mark Vales başı ilə vurub. Finala vəsiqə qazanmaq şanslarını itirmiş moldovalıların heyətində Radu Qınsar ikinci hissənin əvvəlində oyundan kənarlaşdırılıb.