“ASAN xidmət” beynəlxalq tərəfdaşlarının sayını artırır - Ülvi Mehdiyevin şərhi

© Sputnik / Murad OrujovASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev
ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyir ki, təkcə “ASAN xidmət” modeli yox, ümumiyyətlə Azərbaycanın IT həlləri proqramları da digər ölkələrə ixrac olunur
Ülvi Mehdiyev: “İlin sonuna qədər 5 “ASAN xidmət” mərkəzi açılacaq”

“Bu yaxınlarda Özbəkistanda növbəti anlaşma sazişi imzalanıb. Bu bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədir”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə bildirib.

“Həmin ölkələrin 10-da “ASAN xidmət” modelinin ixracı ilə bağlı işlərə başlanılıb. Tacikistan və Qırğızıstan da “ASAN xidmət” modelinin ixracı ilə əlaqədar müraciət edib. İxrac istiqamətində işlər aparılır. Təkcə “ASAN xidmət” modeli yox, ümumiyyətlə Azərbaycanın IT həlləri proqramları da digər ölkələrə ixrac olunur. Bu il, ümumilikdə, 5 “ASAN xidmət” mərkəzi açılacaq. İlin sonuna qədər Şamaxı, Tovuz, Kürdəmir, Ağcabədi və Balakəndə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək. Həmçinin Quba və Tovuz şəhərlərində “ABAD”ın iki fabriki fəaliyyətə başlayacaq. Onların da əsas fəaliyyəti həmin regionda yaşayan ailə təsərrüfatlarına dəstək olmaqdan ibarətdir” – deyə o bildirib.

Ülvi Mehdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0