Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 30 sentyabr — Sputnik. Bu ilin ilk 8 ayında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 25% artıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev bildirib.
"Biz Rusiya ilə Azərbaycan arasında əlaqələrin intensiv şəkildə inkişaf etdiyini görürük. Ölkələr arasında ticarət dövriyyəsi hər il artır. Bu ilin 8 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 25% artıb. Mütəxəssislərin fikrincə, ticarət dövriyyəsi qarşıdakı bir neçə ildə də artacaq", - deyə Rusiyalı deputat da bildirib.
O qeyd edib ki, Moskva və Bakı arasında siyasi əlaqələr möhkəmlənir: "Azərbaycan Rusiyanın Qafqazda ən etibarlı tərəfdaşıdır və o, bunu öz addımları ilə sübut edir".