BAKI, 29 sentyabr — Sputnik. Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.
Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.