Yaşı yüz beşi ötənlər çoxalıb - "qadın böyük qüvvədir"

CC0 / Nashua Volquez / old ageПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son 16 illə müqayisədə Böyük Britaniyada yaşı 90 və 100-dən çox olan şəxslərin sayında artım qeydə alınıb

BAKI, 27 sentyabr — Sputnik. Böyük Britaniyanın Milli Statistika Ofisi son 16 ildə yaşlanan əhali ilə bağlı müəyyən statistik rəqəmləri açıqlayıb. Sputnik Azərbaycan-ın "The Guardian"a istinadən xəbərinə görə, toplanan məlumatlar 2002-ci ildən etibarən Böyük Britaniyada yaşı 105-dən yuxarı olan əhalinin sayında artımın qeydə alındığını göstərib. Açıqlanan məlumatlarda diqqətçəkici məqam isə bu şəxslər arasında qadınların sayının kişilərlə müqayisədə 5 dəfə çox olmasıdır.

Qaçış, arxiv şəkli - Sputnik Azərbaycan
Alimlər uzunömürlü olmağın sirrini açdılar

2002-ci illə müqayisədə son bir neçə ildə, yəni 2011-ci ildən etibarən ötən ilədək yaşı 90-99 olanlarla müqayisədə yaşı 100-dən yuxarı olan əhalinin sayında nisbətən azalmaların olduğu vurğulanıb. Bunun səbəbi isə Birinci Dünya Müharibəsi ilə izah edilib və qeyd olunub ki, əhalinin say artımında azalmaların olması müharibə dövrü üçün xarakterik olub.

MSO-nun məlumatında 2018-ci ildə yaşı 100-dən artıq olan şəxslərin sayının 13 min 170 olduğu vurğulanıb. Müqayisəli olaraq aparılan təhlildə isə qeyd olunub ki, 2002-ci illə müqayisədə bu yaş təbəqəsində olan əhalinin sayında 73 faiz artım qeydə alınıb. Onu da vurğulayaq ki, 2002-ci ildə ölkədə yaşı yüzdən artıq olan şəxslərin sayı 7 min 630 olub. Bu siyahıda da qadınların sayının kişilərlə müqayisədə 5 dəfə çox olduğu vurğulanıb.

Bundan başqa, nonagenarianların, yəni yaşı 90-99 arası olan şəxslərin də sayında qeyd olunan dövrdə artımın olduğu bildirilir. Rəsmi məlumatlara görə, 2002-ci illə müqayisədə bu yaşda olan əhalinin sayında 50 faizdən artıq artım qeydə alınıb. Onların 400 mininin qadın, 183 minin isə kişi olduğu vurğulanıb.

Ötən il yaşı 105 olan şəxslərin də sayı açıqlanıb. 2002-ci ildə isə yaşı 105-dən yuxarı olanların sayının 330, ötən il isə 820 olduğu vurğulanıb. Belə ki, məlumata görə, ötən il yaşı 105 olan belə şəxslərin 690-ı qadın, 130-u isə kişi olub.

Böyük Britaniyanın Milli Statistika Ofisinin tədqiqatçısı Vasita Patel son 25 illə müqayisədə yaşlı əhalinin sayında artım tendensiyasından danışıb. Həkim mütəxəssis Aiden Yunq isə qeyd edib ki, hazırda 50-60 yaşlı şəxslərin əksəriyyəti  uzunömürlülük arzusunda olmadıqlarını bildirirlər.

  Mütəxəssislər isə hökumətdən bu cür şəxslər üçün sosial islahatlar, sosial qayğı üçün "aydın plan" tələb edirlər.

Xəbər lenti
0