BAKI, 26 sentyabr — Sputnik. Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac diametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.
"Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan başqa, bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.