Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Alma mövsümü başladı – Həkimləri işsiz qoyaq

© Sputnik / Leyla AbdullayevaSon illər ərzində ən yüksək məhsuldarlıq bu mövsüm olub
Son illər ərzində ən yüksək məhsuldarlıq bu mövsüm olub - Sputnik Azərbaycan
Abunə olmaq
"Almanın xüsusi həvəskarı olan ingilislər deyirlər ki, "hər gün 1 alma yeyən insanın həkimi işsiz qalar"

BAKI, 25 sentyabr — Sputnik. Sentyabrın birinci yarısından şimal bölgəsində alma yığımı mövsümü başlayıb. Builki təsərrüfat mövsümündə ölkə üzrə 270 min tondan çox alma tədarükü gözlənilir.

Astaranın Tüləküvan kəndində limon, portağal və naringi ağaclarına ziyanvericilər daraşıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maraqlı aksiya: Əhalinin xüsusi təbəqəsi üçün bağ salınır

Sputnik Azərbaycan xəbər verir ki, bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli "Facebook" səhifəsində yazıb.

O bildirib ki, bu mövsüm yerli istehsalçılara şəxsi istehlakı artırmaqla dəstək verməli olacağıq. Ekspert hər bir fərdi gündəlik alma istehlakını artırmağa çağırıb: "Bu il hər bir vətəndaşa düşən alma norması 28 kq-dır, rəsmi göstəricilər deyir ki, ildə adambaşına 21 kq alma istehlak etməliyik, amma reallıqda çox aşağıdır. Odur ki, gəlin gündəlik alma normamızı artıraq və yerli fermerimizə dəstək olaq".

"Almanın xüsusi həvəskarı olan ingilislər deyirlər ki, "hər gün 1 alma yeyən insanın həkimi işsiz qalar" – deyə o yazıb.

Xəbər lenti
0