Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Polis məktəbdə kütləvi qətliamın qarşısını alıb

© Sputnik / Mikhail Malykhin / Mediabanka keçidRusiya Daxili İşlər Nazirliyinin əməkdaşları
Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günlərdə polisə məlum olub ki, şagirdlərdən biri məktəb zorakılığı mövzusu ilə maraqlanıb və soyuq silahı və əldəqayırma partlayıcı maddənin tətbiqi ilə hücum planlaşdırır

BAKI, 24 sentyabr — Sputnik. Rusiyanın Kirov şəhərində məktəblərdən birində kütləvi qətliamın qarşısı alınıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin ekstremizmə qarşı idarəsinin rəhbərinin müavini Vladimir Makarov bildirib.

O deyib ki, bu günlərdə polisə məlum olub ki, şagirdlərdən biri məktəb zorakılığı mövzusu ilə maraqlanıb və soyuq silahı və əldəqayırma partlayıcı maddənin tətbiqi ilə hücum planlaşdırır.

Hələlik məsələ ilə bağlı digər təfərrüatlar açıqlanmır.

 

Xəbər lenti
0