BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.