BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanın tanınmış müğənnisi Sevda Yəhyayeva yeni klipini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu haqda öz şəxsi "Instagram" hesabında paylaşım edib.
Yeni təqdim olunan klipdəki mahnının müəllifləri Leyli və Hakan Erol cütlüyüdür. Klipdə fərqli görkəmdə çəkilən S.Yəhyayevanın stili üzərində Elnur Həsənov çalışıb. Ekran işinin rejissoru isə Fərhad Əlidir. Mahnı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, müğənni bu il sayca ikinci klipini təqdim edib. Bundan öncə sözləri Cavid Əhmədova, musiqisi Pərviz Mahmudova məxsus olan "Son xəbər" mahnısı may ayında yayımlanmışdı.