Bu gün ölkənin bütün məktəblərində bir milyon yarımdan çox şagird tədris ilini başlayıb. Yay tamamilə bitdi desək, yanılmarıq. Hər məktəb bu günü xüsusi olaraq qeyd etməyə çalışır.
Direktor şagirdləri təbrik edir, valideynlər göz yaşlarını zorla tutur, uşaqlar isə qarşıdan gələnləri səbirsizliklə gözləyirlər.
Üstündən neçə il keçməsinə baxmayaraq, hər birimiz məktəbin ilk gününü əbədi olaraq xatırlayırıq. Buna görə də bu il məktəbə gedən bütün birinci sinif şagirdlərinə bu günün məxsusi olmasını, hər zaman xatırlamağı arzu edirik. Uğurlar!