Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"ŞAH MAT" teatrında növbəti tamaşa - "Naməlum qadının məktubu"

© © Sputnik / Almuradlı KamalŞah Mat Teatrının kollektivi
Şah Mat Teatrının kollektivi - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc sənətçilər Mir Qabil Əkbərov və Günel İmanovanın birgə səhnə fəaliyyəti nəticəsində hazırlanmış tamaşaya bilet 3 AZN-dir

BAKI, 10 sentyabr — Sputnik. Gənclər tərəfindən yaradılan "ŞAH MAT" teatrının səhnəsində dünya şöhrətli yazıçı Stefan Sveyqin "Yad qadının məktubu" adlı məşhur novellası əsasında hazırlanan "Naməlum qadının məktubu" tamaşası təqdim olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, istedadlı gənc aktrisa Günel İmanovanın rol aldığı səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərovdur.

Teatrın Mətbuat xidmətindən bildirib ki,tamaşaçılara təqdim olunan tamaşa "Qara qutu" üslubunda və minimalizm yanaşması ilə hazırlanıb. Tamaşa sentyabrın 12-i saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"-da nümayiş olunacaq.

Qeyd edək ki, gənc sənətçilər Mir Qabil Əkbərov və Günel İmanovanın birgə səhnə fəaliyyəti nəticəsində hazırlanmış tamaşaya bilet 3 AZN-dir.

Xəbər lenti
0