CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yemək üçün də "işıqfor" - məktəblərdə yeni sistem tətbiq olunacaq

© Sputnik / Igor ZaremboYeməkxana, arxiv şəkli
Yeməkxana, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İl yarım ərzində aparılan monitorinqlərin nəticəsində müəyyən olunub ki, ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi daha çox gözlənir, bundan fərqli olaraq ictimai iaşə yerlərində qida təhlükəsizliyi isə daha çox pozulur"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. "Trans yağların faizinin yüksək olması insan orqanizmi üçün təhlükəlidir. Təşəbbüsümüz ondan ibarətdir ki, Azərbaycana idxal olunacaq və istehlak olunacaq yağlarda trans yağların faiz və miqdarı iki faizi ötməməlidir. Buna nail olduqdan sonra isə idxal və istehsal zamanı bu göstəricinin 2 faizdən yuxarı olmamasına nəzarət olacaq".

Молочная продукция, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəblilər südlə təmin olunacaq – Yeni layihə

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib. O, bağça və məktəblərdə də qidalanma məsələsinə toxunub: "AQTA tərəfindən 500-dən artıq uşaq bağçasında monitorinqlər keçirilib. Bu barədə yaxın zamanlarda ətraflı məlumat verəcəyik. Bundan başqa, qeyd edim ki, cari ildə də Təhsil Nazirliyi ilə birgə məktəblərdə qidalanma məsələsinə nəzarət edəcəyik".

Q.Təhməzlinin sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən qida rasionunun hazırlanması ilə bağlı təklif hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub: "Səhiyyə Nazirliyi tərəfindən təklif olunan qida rasionunda məktəbəqədər müəssisələrdə və orta məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib. Təklif Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra biz həmin qidaların nə qədər təhlükəsiz olduğuna baxacağıq".

AQTA sədri eyni zamanda qeyd edib ki, tövsiyə üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlamışıq, bunları daha sonra ictimaiyyətə açıqlayacağıq: "Yaşıl vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlara hansı qidalara tamamilə icazə verilməli olduğu qeyd edilib. Sarı vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. Qırmızı vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir".

O, bildirib ki, il yarım ərzində aparılan monitorinqlərin nəticəsində müəyyən olunub ki, ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi daha çox gözlənir, bundan fərqli olaraq ictimai iaşə yerlərində qida təhlükəsizliyi isə daha çox pozulur. Onun sözlərinə görə, qeydə alınan zəhərlənmə faktlarının 95 faizində insanlar bir sıra normalara, şəxsi gigiyena amillərinə əməl etmirlər və bu səbəbdən də həmin qida onlar üçün təhlükəli məhsula çevrilir: "Qida təhlükəsizliyi mürəkkəb bir məsələdir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Ekspert təhlükəli qidaların geniş yayıldığı sahələri açıqladı
 Qida istənilən mərhələdə təhlükəli məhsula çevrilə bilər. Yəni tarladan süfrəyədək bütün risklər aradan qaldırılmalıdır. Qida təhlükəsizliyi məsələsi təkcə qidanın öz tərkibi deyil, həmçinin də qidanın hazırlanma prosedurunda iştirak edən şəxslərin də gigiyenik amillərə əməl etməsi deməkdir. Bundan başqa, heyvan, bitki sağlamlığına da nail olunmalıdır. Bu maariflənmə işlərinə dəstək olaraq KİV-i də bizimlə əməkdaşlığa dəvət edirəm".

"Biz 7 illik bir dövlət proqramı qəbul etmişik. Bu dövlət proqramında iri qida müəssisələrində 90, orta ölüçülü qida müəssisələrinin isə 50 faizində qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşmasına nail olacağıq. Daha sonra isə kiçik sahibkarlıq subyketlərində də buna nail olmağa çalışacağıq", - deyə o əlavə edib.

Q.Təhməzli qida təhlükəsizliyi üçün ciddi ictimai nəzarətin, beynəlxalq standartların tətbiqinin vacibliyini vurğulayıb.

Xəbər lenti
0