BAKI, 5 sentyabr — Sputnik. Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına isitnadən xəbərinə görə, ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.