Hindistan Ayda su axtarışına çıxıb

© Photo : © Indian Space Research Organization via AP"Çandrayaan-2" kosmik aparatı, arxiv şəkli
Çandrayaan-2 kosmik aparatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Çandrayaan-2" missiyasının uğurla başa çatdığı təqdirdə Hindistan Ayın səthinə kosmik aparat göndərmiş dördüncü ölkə olacaq

BAKI, 2 sentyabr — Sputnik. Hindistana məxsus "Vikram" enmə modulu bu gün "Çandrayaan-2" kosmik aparatından uğurla ayrılaraq Ayın cənub qütbünə doğru hərəkət edib. Sputnik Azərbaycan Hindistanın Kosmik Tədqiqatlar Təşkilatına (ISRO) istinadən xəbər verir ki, "Vikram" sentyabrın 7-də Ayın cənub qütbünə enəcək.

Министр иностранных дел Сергей Лавров в ходе пресс-конференции глав МИД Азербайджана в Баку - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ilə ABŞ arasında növbəti mübahisə: Bu dəfə kosmos üstündə

"Bu gün saat 13:15-də (Bakı vaxtı ilə saat 11:45-də) "Vikram" enmə modulu "Çandrayaan-2" kosmik aparatından uğurla ayrılıb. Bununla yanaşı, "Çandrayaan-2" stansiyası əvvəlki trayektoriyaya uyğun olaraq Ayın orbiti boyu hərəkətini davam etdirir", - Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı deyib.

"Çandrayaan-2" stansiyası orbital modul, enmə modulu və lunoxoddan ibarətdir. "Vikram" enmə modulu sentyabrın 7-də Ayın səthinə çəkisi 27 kiloqram olan "Praqyan" adlı lunoxodu çatdıracaq.

Qeyd edək ki, bir müddət öncə orbitdən Ayın cənub qütbünü tədqiq etmiş "Çandrayaan-1" kosmik aparatı həmin ərazidə yerləşən kraterlərin içində donmuş su tapıb. Bu səbəbdən də "ISRO" məhz Ayın cənub qütbünə lunoxod göndərmək qərarına gəlib.

Lunoxod Yerin peykinin səthində bir Ay günü (təqribən 14 Yer sutkası) işləyəcək və Ayın səthinin mineral və element tərkibini tədqiq edəcək.

"Çandrayaan-2" missiyasının uğurla başa çatdığı təqdirdə Hindistan Ayın səthinə kosmik aparat göndərmiş dördüncü (ABŞ, Rusiya və Çinlə yanaşı) ölkə olacaq.

Xəbər lenti
0