BAKI, 26 avqust — Sputnik. Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərində polis tərəfindən avtomobilin içində 1968-ci il təvəllüdlü adı açıqlanmayan azərbaycanlının meyiti tapılıb.
Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, üzərində zorakılıq əlamətləri olmayan mərhumun meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib.