BAKI, 14 avqust — Sputnik. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki aylarda aparılan elektron qeydiyyatdan keçməyən abituriyentlər üçün ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu iki dəfə – 2019-cu il martın 15-dən aprelin 15-dək və mayın 30-dan iyunun 12-dək aparılmışdır.
Xatırladaq ki, 11 illik təhsil bazasında kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 15-19 avqust tarixlərində aparılacaq.