BAKI, 8 avqust — Sputnik. Qırğızıstan hüquq mühafizə orqanları əməkdaşları növbəti dəfə sabiq prezident Almazbek Atambayevin iqamətgahına hücuma keçiblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sabiq prezidentin qərargahından bildirilib.
"200-ə yaxın milis əməkdaşları hücuma keçiblər. Onlar işıq-səs qumbaralarından istifadə edirlər. Tərəfdarlar onlara cavab verir. Onların sayı 400-ə yaxındır. Onların silahları yoxdur, onların yalnız daş və taxtaları var", - deyə mənbə agentliyə bildirib.
Qərargahdan bildirilib ki, Atambayevin özü iqamətgahında mühafizəçi və tərəfdarlarının əhatəsindədir.