SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yerevanda gərginlik artır, Paşinyana qarşı ciddi qüvvə yaranır

© Sputnik / Asatur YesayantsMитинг оппозиции на площади Республики (17 апреля 2018). Ереван
Mитинг оппозиции на площади Республики (17 апреля 2018). Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Koçaryan xarici KİV-ə müsahibəsində bildirmişdi ki, Ermənistan rəhbərliyi hakimiyyətdə çox qalmayacaq və yenidən seçilmə perspektivinə malik deyil

BAKI, 2 avqust — Sputnik. Ermənistanın daxili siyasi həyatında artıq payızda ciddi dəyişikliklər gözlənilir. Sputnik Ermənistan "Past" nəşrinə istinadən xəbər verir ki, dəyişikliklər xüsusi ilə müxalifət seqmentində gözlənilir.

Nəşr yazır ki, hazırda ölkədə partiyalar arasında gizli müzakirələr gedir. Lakin artıq bu ilin oktyabr ayında yeddi müxalif partiyasının konsolidasiyası haqqında bəyanat verilə bilər. Nəşr vurğulayır ki, realda isə hakimiyyətə qarşı birləşən siyasi güclərin ümumi sayı 20-ni keçəcək.

Роберт Кочарян в суде - Sputnik Azərbaycan
Koçaryan vaxt verdi: “Bu hakimiyyət çox qalmayacaq”

Partiyalar eyni zamanda həmin vaxt öz gündəliklərini də açıqlayacaqlar. Belə ki, gündəlikdə onların atacağı addımların ardıcıllığı və siyasi məqsədləri təqdim olunacaq.

Nəşr yazır ki, yeni müxalifət blokuna olduqca görkəmli erməni siyasi xadimlər, həmçinin bir sıra ictimai təşkilatların və ekspert birliyinin tanınmış simaları da daxil olacaq.

Xatırladaq ki, iyulun 30-da Ermənistanın sabiq prezidenti Robert Koçaryan xarici KİV-ə müsahibəsində bildirmişdi ki, Ermənistan rəhbərliyi hakimiyyətdə çox qalmayacaq və yenidən seçilmə perspektivinə malik deyil.

O, əminliyini ifadə edib ki, hakimiyyət məsələsi istənilən halda küçədə - növbədənkənar parlament seçkilərində həll olunacaq.

"Bu cür idarəetmə keyfiyyəti ilə bu rəhbərlik hakimiyyətdə çox qalmayacaq və yenidən seçilmə perspektivinə malik deyil. Seçici həmin vaxt populistlərdən təngə gələcək və öz seçimində daha diqqətli olacaq" - deyə Koçaryan qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Paşinyan səlahiyyətlərindən yenə imtina etdi

Sabiq prezident əmindir ki, müxalifət meydanında konsolidasiya üçün münbit sahə var. Lakin Koçaryan dərhal vahid müxalifət mərkəzinin yaranacağını düşünmür. Onun fikrincə, müxtəlif cazibə mərkəzləri formalaşacaq, lakin onlar arasında aktiv olaraq qarşılıqlı əlaqələr yaranacaq: "Mən bu proseslərdə önəmli halqa olacam, lakin tək olmayacam. Ölkəyə sağlam güclərin geniş konsolidasiyası lazımdır. Bu proses isə şübhəsiz parlament müxalifətinin radiakallaşması ilə nəticələnəcək. Əks halda, o, öz seçicisini itirəcək".

Koçaryanın fikrincə, payızda müxalifətdə konsolidasiya və tərəfdaşlıq formalaşması prosesi yekunlaşacaq, siyasi mübarizə isə daha sistemli və geniş xarakter alacaq.

Xəbər lenti
0