BAKI, 29 iyul — Sputnik. ABŞ-ın İndiana ştatının sakini Cozef Oberhansli sevgilisini bıçaqlayıb, sonra da beynini, ürəyini və ağciyərlərini yediyi üçün məhkəmə qarşısında cavab verəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.
Cinayət 2014-cü ildə Ceffersonvill şəhərində baş verib. 46 yaşlı Temmi Co Blantonun meyiti öz evindəki hamamda aşkarlanıb. Meyiti yaranda məlum olub ki, qadın çoxsaylı deşilmiş yaralar nəticəsində dünyasını dəyişib.
Meyitin yanında polislər qadının qafa tasının və beyninin parçalarını, zibil qabında isə üzərində qan ləkələri olan kəlbətin və salfetlər tapıblar.
Hüquq-mühafizə işçiləri 38 yaşlı Cozef Oberhanslini saxlayıblar. O, öncə cinayəti etiraf etsə də, sonra günahsız olduğunu, Blantonun "çox içdiyini və əxlaqsız adamlarla ünsiyyət qurduğunu" deyib.
Oberhansli bu cinayətdən az əvvəl həbsxanadan çıxıbmış. 1998-ci ildə 17 yaşlı sevgilisini öldürdüyü üçün saxlandığı cəzaçəkmə müəssisəsi onu vaxtından əvvəl azad edib. Bundan başqa, Cozef anası və bacısına atəş açıb, həmçinin özünə "qismən lobotomiya" etməyə cəhd göstərib.
Oberhanslini ömürlük cəza gözləyir, onun məhkəməsi avqustun 19-da başlayacaq.