Çingizxanın nəslindən olan tarixçi ad günündə vəfat etdi

© pixabay / NoirƏklil
Əklil - Sputnik Azərbaycan
Abunə olmaq
Onun mənsub olduğu Kara-Murza nəsli Qazaxıstanda əsilzadə sayılır, üstəlik, Çingizxanın soyundan gəldiyi bildirilir

BAKI, 28 iyul — Sputnik. Tarixçi və telejurnalist Vladimir Kara-Murza 60 yaşında dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə tarixçinin oğlu özünün Facebook səhifəsində məlumat paylaşıb.

"Mənim atam. Bu səhər 8-də, öz ad günündə getdi", - kiçik Kara-Murza yazıb.

Vladimir Kara-Murza 1959-cu ildə Moskvada anadan olub. 1981-ci ildə MDU-nun tarix fakültəsini bitirib. 1992-ci ildən Kara-Murza telekanallarla aktiv əməkdaşlıq edib. Onun mənsub olduğu Kara-Murza nəsli Qazaxıstanda əsilzadə sayılır, üstəlik, Çingizxanın soyundan gəldiyi bildirilir.

Xəbər lenti
0