BAKI, 28 iyul — Sputnik. Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Dövlət Sərhəd Xidməti yayıb.
Məlumatda deyilir ki, 2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.