CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlar neçə yaşdan sonda mütəmadi müayinə edilməldir?

CC0 / Foundry / breastГрудь, фото из архива
Грудь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun sözlərinə görə, şikayət olduğunda süd vəzi USM müayinəsi hər yaşda aparıla bilər.

BAKI, 26 iyul — Sputnik. "Əvvəllər qadınlar müəyyən yaş hədlərində - 35-37 yaşlarında süd vəzisinin müayinəsi üçün bizə gəlirdilər. Yəni belə bir fikir formalaşmışdı ki, 30-35 yaşına qədər süd vəzisinin müayinəsinə getmək lazım deyil. Bu doğru deyil, yanlış yanaşmadır".

Изображение на экране монитора аппарата УЗИ во время обследования беременной женщины, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanlı həkim təkzib etdi: “USM zərərli deyil”

Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Günay Əhmədova bildirib.

O, qeyd edib ki, hər yaşda süd vəzisinin müayinəsi lazımdır və vacibdir: "Deyə bilərəm ki, mənim xəstələrim arasında hər yaş qrupundan olan xəstə var. 18, 25, 35-dən yuxarı xəstələr var ki, müayinə zamanı onlarda süd vəzi xərçəngi aşkarlanır. Uşaqlarda ginekoloji müayinələrin edilməsi də vacibdir. Körpə uşaqlarda biz ginekoloji orqanların olub-olmamağını müəyyən etməliyik. Çünki bəzən uşaqları ağrılarla gətirəndə artıq gec olur, biz uşaqlarda olan müxtəlif xəstəliklərlə rastlaşırıq. Mənim fikrimcə, təqibli xəstələrdə müayinələr arasında ən qısa interval 6 ay olmalıdır. Heç olmazsa hər bir vətəndaş özünü ildə 1 dəfə profilaktik müayinə etdirməlidir. Yaxşı olardı ki, sağlamlığı ilə bağlı heç bir şikayəti olmasa da 6 ayda bir dəfə profilaktik olaraq müayinədən keçsin. Məsləhət görərdim ki,qadınlar süd vəzisinin müayinəsindən 37 yaşdan sonra ildə 1 dəfə keçsinlər".

Onun sözlərinə görə, şikayət olduğunda süd vəzi USM müayinəsi hər yaşda aparıla bilər.

Xəbər lenti
0