Prezidentlərin tarixi görüşü baş tutdu – Sərhəd problemi ilə bağlı yeni xəbər

© © Qırğızıstan Respublikası Prezidentinin Mətbuat xidməti / Sultan DosalievSooranbay Jeenbekov və Emomali Rahmon
Sooranbay Jeenbekov və Emomali Rahmon - Sputnik Azərbaycan
Abunə olmaq
Orada onlar sərhədin demarkasiyası və delimitasiyası da daxil olmaqla, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

BAKI, 26 iyul — Sputnik. Qırğızıstan və Tacikistan prezidentləri - Sooranbay Jeenbekov və Emomali Rahmon sərhədyanı rayonlarda vətəndaşlarla görüşüblər. Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən Sputnik Qırğızıstan xəbər verir.

Hər iki ölkənin liderləri xalqlar arasında sülhün, razılıq və çox əsrlik dostluğun qorunmasının vacibliyini vurğulayıblar, həmçinin sərhəddə olan bütün problemlərin aradan qaldırılması üçün tədbirlər görməyə hazır olduqlarını bildiriblər. Sooranbay Jeenbekov bəyan edib ki, Qırğızıstan Tacikistanla olan qardaşlıq münasibətlərini yüksək dəyərləndirir.

"Biz sərhədyanı ərazilərdə xalqlarımızın yaşayış şərtlərini yaxşı bilirik, həll olunmayan məsələlərin fərqindəyik və yerli sakinlərin problemlər yaşamaması üçün hər şeyi etmək niyyətindəyik. Sərhədlərimizi sülh, dostluq və mehribanlıq qapısı etmək istəyirik", - deyə Jeebekov vurğulayıb.

Daha sonra prezidentlər İsfaraya yola düşüblər. Orada onlar sərhədin demarkasiyası və delimitasiyası da daxil olmaqla, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Danışıqlar sabah Çolpan-Atada davam etdiriləcək.

Xəbər lenti
0