BAKI, 25 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti döyüş fəaliyyətini yoxlayıb.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
© © DSX-nin mətbuat xidmətiElçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
© © DSX-nin mətbuat xidməti
General-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.