BAKI, 16 iyul — Sputnik. Son günlər "Facebook" sosial şəbəkəsi istifadəçilərini əyləndirmək üçün müxtəlif variantlardan istifadə edir. Bu yeni metodlardan biri "Bax görüm, qocalanda necə olacaqsan"dır. Digər ölkələrdə olduğu kimi bu trend ölkəmizdə də geniş yayılıb. Bu trendə qoşulanlar da var, onu lağa qoyanlar da.
Amma elə bu trendə qoşulanalrın böyük qismi onu lağa qoyanlardır.
Bəziləri isə bu trendə görə "Facebook"u "qocalar evi" adlandırır.
"O qocalıq şəkillərinə niyə inanırsınız ki? Bəlkə tez öləcəksiniz?" - tipli şərh verənlər də az deyil.
Sözügedən trendlə bağlı Sputnik Azərbaycan da maraqlı karikatura ərsəyə gətirib:
© Sputnik / Elnur SalayevFaceapp
Faceapp
© Sputnik / Elnur Salayev