CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə xəsarət alanların son durumu açıqlandı

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəki MRX-də olan Xatirə Ağamalıyevanın vəziyyəti ağırdır

BAKI, 15 iyul - Sputnik. Səhiyyə Nazirliyi Şəkidə dünən baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyətini açıqlayıb.

Sputnik Azərbaycan-a verilən məlumata əsasən, Şəki Mərkəzi Rayon Xəstəxanasında (MRX) olan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır. Eyni xəstəxanada olan Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə (KTM) olan İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı) və Samirə Al Hasanın (sağ baldır sümüyünün yerdəyişən sınığı) isə vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur.

Xəbər verdiyimiz kimi, dünən saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib. Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.

Xəbər lenti
0