BAKI, 4 iyul — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) işıqforların idarəetmə məntəqəsinin təşkili üçün 47 152,8 manatlıq müqavilə imzalayıb.
Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, müqavilə “İnşaat Təmir Tikinti və İstehsal Müəssisəsi” MMC ilə imzalanıb.
Pilot layihə çərçivəsində işıqforlar üçün idarətemə məntəqəsinin təşkili həyata keçiriləcək.
Xatırladaq ki, dünən BNA tərəfindən yayılan məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar müvəqqəti işləmirdi. Yalnız "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı “Report”a açıqlamasında qeyd edib ki, həmin ərazidə nə yaşayış obyektlərində, nə müəssisələrdə, nə də ki digər yerlərdə işığın verilməsində problemlər yaşanmayıb. Qurum 24 saat ərzində əhalini fasiləsiz işıqla təmin edir.