BAKI, 3 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,03 dollar ucuzlaşaraq 64,72 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,18 dollar artaraq 62,58 dollar, "Light" markalı neftin qiyməti isə 0,21 dollar bahalaşaraq 56,46 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.