BAKI, 3 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin müvəqqəti olaraq Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşlar təşkil etməyə qadağa qoymasından sonra, rusiyalıların yeni turizm məkanlarının axtarışında olacağı gözlənilir.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı olaraq "MK-Ural" qəzeti cənubi urallıların bu yay hansı ölkələri seçdiklərini öyrənib.
Yerli turizm şirkətlərindən birinin baş direktorunun müavini Darya Yerxova qəzetə bildirib ki, cənubi urallıların çoxu istirahət üçün Gürcüstanın əvəzinə Azərbaycanı, Türkiyəni və Ermənistanı seçməyə başlayıblar.
"Azərbaycan və Ermənistan səyahət üçün Gürcüstana ən yaxşı əvəzdir” – deyə Yerxova bildirib: “Orada hər şey var – zəngin tarix, kolorit, milli mətbəx".
Yerxova bildirib ki, uçuşlara qadağa qoyulması haqqında sənədin imzalanmasından sonra 25 çelyabinskli turist Gürcüstandan qayıdıb.
Xatırladaq ki, iyunun 21-i Prezident Vladimir Putin Rusiya aviaşirkətlərinin ölkə vətəndaşlarını Gürcüstana daşımasına qadağa qoyan fərman imzalayıb. Sənəddə, həmçinin turizm operatorları və agentlərinə Gürcüstana putyovka satışı və təşkilindən çəkinmək məsləhət görülür.