BAKI, 3 iyul — Sputnik. Bakının Yasamal rayonunda qəssab ehtiyatsızlıqdan boğazından bıçaqlanıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü Abdullayev Ruslan Fariz oğlu iribuynuzlu heyvanı kəsərkən ayağı sürüşərək yıxılıb. Qəssab əlindəki bıçağın üzərinə düşüb. Bıçaq onun boğazına keçib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.