Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ Prezidenti Çinə söz verdi

© REUTERS / CARLOS BARRIADonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp: "Razılaşmaya gələ bilib-bilməyəcəyimizi görmək üçün Çinlə işimizi qaldığımız yerdən davam etmək niyyətindəyik"

 

BAKI, 29 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Pekinlə ticarət məsələsi ilə bağlı danışıqları davam etdirəcək və hələ ki, Çin mallarının idxalına əlavə rüsumlar tətbiq etməyəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu haqda Tramp "Böyük İyirmiliyin" Osakada keçirilmiş sammitindən sonra deyib.

"Biz danışıqları davam etdirəcəyik və mən söz vermişəm ki, Çinlə bağlı rüsumları hələ ki, ləğv etməyəcəyik və 350 milyard dollar dəyərində mallara da əlavə rüsum tətbiq etməyəcəyik... Razılaşmaya gələ bilib-bilməyəcəyimizi görmək üçün Çinlə işimizi qaldığımız yerdən davam etmək niyyətindəyik", - deyə Tramp bildirib.

Xəbər lenti
0